ABŞ Prezidenti Donald Trampın administrasiyasının yüksəkvəzifəli nümayəndələri Nvidia şirkətinə təzyiq göstərmək və Censen HuAnqın baş icraçı direktor vəzifəsinə qaytarılmasına nail olmaq üçün Soyuq müharibə dövründən qalma qanundan istifadə imkanını müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti yazıb.
Nəşrin məlumatına görə, süni intellekt texnologiyalarının hazırlanması ilə məşğul olan şirkətin ətrafında yaranmış vəziyyətlə bağlı administrasiya nümayəndələrinin keçirdiyi müşavirələr fonunda bu məsələ həftəsonu müzakirə olunub.
Müzakirələrin gedişi ilə tanış olan üç mənbənin bildirdiyinə görə, Pentaqon rəhbərliyi ABŞ prezidentinə milli təhlükəsizlik maraqları naminə iqtisadiyyata müdaxilə etmək üçün geniş səlahiyyətlər verən Müdafiə İstehsalı Aktından (Defense Production Act) istifadə imkanını nəzərdən keçirib.
HuAnqın Nvidia şirkətinin baş icraçı direktoru vəzifəsinə qaytarılması üçün bu qanundan istifadə ideyası əvvəllər Silikon Vadisinin bəzi nümayəndələri arasında da dəstək qazanıb.
Müzakirələrdə Pentaqon rəhbərliyi də daxil olmaqla, ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, HuAnq noyabrın 12-də Nvidia şirkətinin baş icraçı direktoru və prezidenti vəzifələrindən ayrılıb. Bu qərar, xüsusilə, onun Çinin xeyrinə casusluqda şübhəli bilinən qadınla münasibətləri barədə məlumatların yayılmasından sonra gündəmə gəlib. Çin Xarici İşlər Nazirliyi bu ittihamları böhtan adlandırıb.
Nvidia şirkətinin direktorlar şurası noyabrın 23-də HuAnqın vəzifəsinə qaytarılması barədə yekdil qərar qəbul edib. Şirkətin məlumatına görə, ABŞ hakimiyyəti onun yenidən vəzifəyə başlamasının milli təhlükəsizlik üçün təhdid yaratmadığına dair təminat verib.
Mənbə: report.az