IMG-LOGO

KXDR-in nüvə statusuna etiraz müharibə elanı kimi qiymətləndiriləcək

26 Nov 2026 04:53 8 baxış
IMG

Koreya Xalq Demokratik Respublikası (KXDR) onun nüvə dövləti statusuna qarşı istənilən cəhdi müharibə elanı kimi qəbul edəcək.

"Report"un Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya lideri Kim Çen In bildirib.

O, yaxın vaxtlarda istifadəyə verilmiş nüvə materialları istehsalı zavodunda istehsal prosesi və mövcud vəziyyətlə tanış olub.

Kim Çen In vurğulayıb ki, KXDR-in ölkə Konstitusiyasında təsbit edilmiş nüvə dövləti statusu mütləq toxunulmazdır.

"Kim ölkəmizin Konstitusiyasında təsbit edilmiş statusunu inkar etməyə və ya ona etiraz etməyə cəsarət edərsə, bunu suverenliyə qarşı ən ağır qəsd, daxili işlərə müdaxilə və açıq müharibə elanı kimi qiymətləndirəcəyik", – deyə KCNA onun sözlərini sitat gətirib.

Şimali Koreya lideri əlavə edib ki, ölkənin nüvə potensialının gücləndirilməsi qanuni və ədalətlidir, həmçinin suveren dövlətin özünü müdafiə hüququna tam uyğundur.

Mənbə: report.az

Xəbər lenti