IMG-LOGO

CEV Çempionlar Liqası: "Turan" komandası qrupdakı ilk oyunda məğlub olub

25 Nov 2026 23:40 14 baxış
IMG

Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasının D qrupunda ilk oyununa çıxıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi İtaliyada "Savino Del Bene" klubunun qonağı olub.

Florensiya şəhərində təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.

Xatırladaq ki, "Turan" D qrupunda Türkiyənin "Eczaçıbaşı" və Serbiyanın "Tent" komandaları ilə də üz-üzə gələcək.

Mənbə: report.az

Xəbər lenti