IMG-LOGO

Qaradağda palçıq vulkanı püskürüb

25 Nov 2026 23:36 14 baxış
IMG

25 noyabr 2026-cı il tarixində, yerli vaxtla saat 14:06:30-da Qaradağ rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb.

Bu barədə "Report"a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, püskürmə mərkəzin 8 vulkanətrafı rəqəmsal seysmik stansiyaları tərəfindən qeydə alınıb.

Püskürmə bir faza ilə xarakterizə olunub və onun davamlığı 15 dəqiqə davam edib.

"Püskürmə zamani ayrılan enerji 1.15*10^7 Couldur. Püskürmə 2km dərinlikdə qeydə alınıb", - deyə məlumatda qeyd olunub.

Mənbə: report.az

Xəbər lenti