Honda təmiz ətraf mühit hədəfi çərçivəsində 2031-ci ilə qədər elektrikli avtomobillərlə bağlı yeni konsepsiyasına 10 trilyon yen (təxminən 65 milyard dollar) investisiya ayırıb.
Lent.az xəbər verir ki, ayrılan investisiya, proqram təminatı, elektromobillərin daha da inkişafı çərçivəsində görüləcək işlərə xərclənəcək.
Honda bu sərmayələrlə akkumulyatorların maya dəyərini 20 %, elektrikli avtomobillərin istehsal xərclərini isə 35 % azaltmağı planlaşdırır.