IMG-LOGO

ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb

23 Nov 2026 00:53 4 baxış
IMG

ABŞ Demokratlar Partiyası seçkilərin nəticələrinə görə Konqresin Nümayəndələr Palatasında 258 yer əldə edərək 1992-ci ildən bəri ən yüksək göstəriciyə nail olub.

"Report" xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.

Bu nəticənin əldə olunmasında Şimali Karolina ştatında demokratların namizədi Çak Habardın Respublikaçılar Partiyasının təmsilçisi Virciniya Foks üzərində qələbəsi həlledici olub.

Respublikaçılar isə Konqresin aşağı palatasında 173 yer qazanıblar.

Mənbə: report.az

Xəbər lenti