IMG-LOGO

Bakıda FACİƏ: 17 yaşlı gənci “tok” vurub öldürdü

30 Jul 2024 08:31 272 baxış
IMG

Bakıda 17 yaşlı gənc oğlanı elektrik cərəyanı vurub.

Lent.az xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində, 245 nömrəli məktəbin yanında qeydə alınıb.

TƏBİB-dən Lent.az-a verilən xəbərə görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 29.07.2024-cü il tarixində saat 20:45 radələrində təcili tibbi yardımın bölməsinə cərəyan vurma səbəbilə gətirilən 17 yaşlı şəxsin (kişi cinsli) müraciəti daxil olub.

Təcili tibbi yardım briqadası tərəfindən şəxsin həkiməqədər ölümü qeydə alınıb.

Mənbə: lent.az

Xəbər lenti