Mərakeş kralı VI Məhəmməd Taxt Günü (dövlət bayramı) münasibətilə 2476 nəfəri, o cümlədən müxtəlif cinayətlərə görə həbs cəzasına məhkum edilmiş bir neçə tanınmış jurnalist, bloger və ictimai fəalı əfv edib.
APA TASS-a istinadən xəbər verir ki, Mərakeş kralı jurnalistlərdən Təvfiq Buaşrin, Ömər Radi, Süleyman Rəissouni, İmad Stitu, Abdussaməd Ait Aişə, fəallar və blogerlərdən Rıda Taujni və Yusif Hiraş, hüquq müdafiəçisi Səidə Aləmi və tarixçi Maati Muncibin də aralarında olduğu 2476 nəfəri əfv edib.