ABŞ-ın sabiq prezidenti və prezidentliyə namizəd Donalt Tramp Federal Təhqiqatlar Bürosuna ifadə verəcək.
Lent.az xəbər verir ki, bu barədə Donald Tramp Fox News-a müsahibəsində bildirib.
Tramp 1 avqust tarixində Pensilvaniyada ona qarşı həyata keçirilmiş sui-qəsd cəhdi ilə bağlı Federal Təhqiqatlar Bürosuna (FTB) ifadə verəcəyini deyib.
FTB-nin məlumatına görə, təcavüzkar 2023-cü ilin yazından bəri odlu silahlarla bağlı 25-dən çox alış-veriş edib və o, həmçinin kustar üsulla partlayıcı düzəltmək üçün komponentlər alıb.