Rusiyada “YouTube” videohostinqi də, ictimai səhifələrin anonimləşdirilməsinin ləğvi haqqında qanuna tabe olacaq.
Lent.az xəbər verir ki, bunu Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri Maqsud Şadayev bildirib.
Onun sözlərinə görə yeni qaydalara əsasən 10 mindən çox auditoriyaya malik kanalların sahibləri anonim qala bilməz və onlar dərhal özləri haqqında məlumatları Roskomnadzora (Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsinə nəzarət federal xidməti) təqdim etməlidirlər.