IMG-LOGO

Paris-2024: Hidayət Heydərov 1/4 finalda!

29 Jul 2024 14:40 222 baxış
IMG

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

Apasport.az xəbər verir ki, millimizin lideri Hidayət Heydərov 73 kq çəkidə İsrail təmsilçisi Butbul Toharla üz-üzə gəlib.

Qızıl xal bölümündə rəqibini cərimə xalları hesabına məğlub edən Heydərov 1/4 finala yüksəlib.

Qeyd edək ki, Azərbaycan cüdo millisi Olimpiadaya 9 idmançı ilə yollanıb. Onlardan dördü yarışın ilk iki günündə çıxışını başa vurub.

Mənbə: lent.az

Xəbər lenti