IMG-LOGO

Orxan Kəngərliyə narkotik tərkibli dərmanlar satan aptek müdiri də TUTULDU

20 Nov 2026 11:00 15 baxış
IMG
0 0

Xəbər verdiyimiz kimi, “Alyans” vəkil bürosunun rəhbəri Orxan Kəngərli həbs edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, onunla birgə daha bir nəfər həbs edilib.

Orxan Kəngərli ilə birgə həbs edilən aptek müdiri Xalid Mustafayevdir. 

Ona Cinayət Məcəlləsinin 240.2.1-ci (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumata görə, o, vəkil Orxan Kəngərliyə narkotik tərkibli dərmanları reseptsiz satırmış.

Məhkəmənin qərarı ilə X. Mustafayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, X.Mustafayev 2019-cu ildə də eyni əmələ görə həbs edilib. 

Orxan Kəngərli Xalid Mustafayev Alyans vəkil bürosu vəkilin həbsi aptek rəhbəri narkotik tərkibli dərmanlar reseptsiz dərman satışı qanunsuz dərman dövriyyəsi güclü təsir edən maddələr Cinayət Məcəlləsi həbs qətimkan tədbiri məhkəmə qərarı cinayət işi Azərbaycanda həbslər

Mənbə: lent.az

Xəbər lenti