IMG-LOGO

Rusiyada iki Azərbaycan diaspor təşkilatı ləğv edildi

20 Nov 2026 10:25 18 baxış
IMG
0 0

Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində (XMAO) fəaliyyət göstərən iki Azərbaycan diaspor təşkilatı məhkəmə qərarı ilə ləğv edilib.

Lent.az-ın yerli mediaya istinadən məlumatına görə, Rusiya Ədliyyə Nazirliyi Nijnevartovsk şəhərində fəaliyyət göstərən “Azərbaycanlılar” və Uray şəhərində yerləşən “Buta” təşkilatlarının ləğvinə qərar verib.

Buna səbəb qeyri-kommersiya təşkilatları haqqında qanunvericiliyin pozulması, o cümlədən hesabatların təqdim edilməsində aşkarlanan nöqsanlar olub.

Məlumata görə, “Azərbaycanlılar” təşkilatının dəfələrlə qanunvericiliyin tələblərini pozduğu, mühasibat uçotunda nöqsanlara yol verdiyi və təşkilatın nizamnaməsini nazirliyə təqdim etmədiyi iddia olunur.

Oxşar qərar Uray şəhərində fəaliyyət göstərən “Buta” milli-mədəni ictimai təşkilatı barəsində də qəbul olunub. Bu təşkilat isə 2023–2025-ci illər üzrə fəaliyyət hesabatlarını təqdim etməməkdə, həmçinin nizamnaməsi nazirliyin elektron portalında yerləşdirilmədiyi üçün ittiham edilir.

Hər iki təşkilatın məhkəmə qərarından şikayət vermək üçün bir ay vaxtı var.

Rusiya Azərbaycan diasporu Rusiyada azərbaycanlılar Xantı-Mansi Muxtar Dairəsi XMAO Nijnevartovsk Uray Azərbaycanlılar təşkilatı Buta təşkilatı diaspor təşkilatları Azərbaycan diaspor təşkilatlarının ləğvi Rusiya Ədliyyə Nazirliyi məhkəmə qərarı diaspor fəaliyyəti qeyri-kommersiya təşkilatları qanun pozuntuları təşkilatların ləğvi

Mənbə: lent.az

Xəbər lenti