Hindistanın şimalındakı Landax bölgəsində dünyanın ən hündür tuneli tikiləcək.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, struktur 4,8 min metr yüksəklikdə yerləşəcək.
Şinkun La Tuneli layihəsi uzunluğu 4,1 kilometr olan iki qoldan ibarətdir. Tunel Nimmu-Padum-Darça yolunda tikiləcək və Leh şəhəri ilə fasiləsiz əlaqəni təmin edəcək.
Tunelin Ladax bölgəsinə töhfə verəcəyi qeyd olunur.