Nigeriya hökuməti “Meta” şirkətini “Facebook” və “WhatsApp”ın ölkənin məlumatlarının qorunması və istehlakçı hüquqları qanunlarını pozması səbəbilə 220 milyon dollar cərimələyib.
Lent.az xəbər verir ki, Nigeriya Federal Rəqabət və İstehlakçının Müdafiəsi Komissiyasının (FCCPC) rəsmisi Adamu Abdullahi jurnalistlərə açıqlamasında Meta şirkətinə qarşı 3 ildir intensiv araşdırmaların aparıldığını bildirib.
Araşdırmalar zamanı “Facebook” və “WhatsApp”-ın ölkənin məlumatlarının qorunması və istehlakçı hüquqları qanunlarını dəfələrlə pozduğunu aşkar edildiyini qeyd edən Abdullahi, hökumətin bu səbəbdən “Meta”-nı 220 milyon dollar cərimə etdiyini bildirib.
Afrikanın insanların ən sıx məskunlaşdığı ölkəsi olan Nigeriya, 2022-ci ildə “Meta”-nın ölkədə 154 milyon aktiv abunəçisi olduğunu açıqlamışdı.