ABŞ-da alimlər atmosferdəki suyu içməli suya çevirə bilən cihaz hazırlayıblar.
Lent.az xəbər verir ki, Yuta Universitetinin mühəndisləri tərəfindən hazırlanmış cihaz, metal-üzvi quruluşda olan hiqroskopik materiallar sayəsində havadan su molekullarını toplayıb içməli suya çevirir.
Təfərrüatları "Cell Reports Physical Science" jurnalında dərc edilən araşdırmanın nəticələrinə görə, hazırlanan cihazla su qıtlığı yaşayan milyardlarla insana təmiz içməli su təmin edilə bilər.