IMG-LOGO

Bu marşrutun hərəkət sxemi dəyişdirildi

16 Nov 2026 13:44 32 baxış
IMG
2 0

537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

AYNA-dan Lent.az-a bildirilib ki, Novxanı-Pirşağı yolunda (Sahil küçəsi) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. 

Məhdudiyyət səbəbindən 537 nömrəli müntəzəm marşrutun hərəkəti 52-ci Bağlar, 13-cü Bağlar və 18-ci Bağlar küçələri ilə təşkil edilib.

AYNA Hərəkət sxemi

Mənbə: lent.az

Xəbər lenti