IMG-LOGO

İctimai birlik və fondu yalnız bir növdə yaratmaq mümkün olacaq

16 Nov 2026 11:42 167 baxış
IMG

Azərbaycanda ictimai birlik və fondu yalnız bir növdə yaratmaq mümkün olacaq.

"Report" xəbər verir ki, bu, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsi qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dair bır sıra məsələlərin tənzimlənməsi, o cümlədən ictimai birliklərin və fondların növlərinin dəqiq müəyyən edilməsi məqsədilə hazırlanıb. Layihədə ictimai birliklərin və fondların hansı növlər üzrə yaradıla bilməsi əks olunur, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması və ləğv edilməsi hallarının dəqiq təsbit edilməsi təklif olunur.

Mənbə: report.az

Xəbər lenti