Rusiyanın Kaluqa vilayətində qəzaya uğrayan helikopterin heyəti həlak olub.
Lent.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
İlkin məlumata qəzaya səbəb helikopterdə texniki nasazlığın olmasıdır.
*** 08:33
Rusiyanın Kaluqa vilayətində Mi-28 helikopteri qəzaya uğrayıb.
Lent.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vladislav Şapşa özünün “Telegram” kanalında məlumat verib.
Qubernatorun sözlərinə görə, hadisə yerində xilasedicilər və əməliyyat qrupu işləyir.