IMG-LOGO

Pəncərəni sındırıb əlini kəsən Şəki sakini xəstəxanada öldü

25 Jul 2024 00:25 166 baxış
IMG

Şəki rayonunun Baş Zəyzid kənd sakini 1990-cı il təvəllüdlü Babayev Pərviz Fərhad oğlu ötən gün saat 20 radələrində yaşadığı evdə sərxoş vəziyyətdə pəncərəyə əli ilə zərbə endirib. 

Lent.az APA-ya istinadən xəbər verir ki, zərbə nəticəsində şüşə Pərviz Babayevin qolunu kəsib.

Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb, lakin tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.

Mənbə: lent.az

Xəbər lenti