IMG-LOGO

Çoban minaya düşüb öldü

24 Jul 2024 16:31 171 baxış
IMG

Türkiyədə çoban minaya düşərək həlak olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Hakkari rayonunun Yüksekova qəsəbəsində baş verib. Xırdabuynuzlu heyvanlarını otaran 30 yaşlı Bedrettin Düzen PKK terrorçularının quraşdırdığı minaya düşərək yaralanıb.

Helikopterlə xəstəxanaya aparılan çobanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb.

Mənbə: lent.az

Xəbər lenti