IMG-LOGO

Torpaq sürüşməsi baş verdi, 200-dən çox insan öldü

23.07.2024 20:16 30 baxış
IMG

Efiopiyanın cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 229-a çatıb.

Lent.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

“Ölənlər arasında 148 kişi və 81 qadın var”, - məlumatda deyilir.

Axtarışlar davam etdirilir.

Qeyd edək ki, ölkənin cənubunda Qeze-Qofa bölgəsində aramsız yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.

Xəbər lenti