IMG-LOGO

Kevin De Brüyne "Napoli"dən PSV-yə keçə bilər

12 Nov 2026 10:11 2 baxış
IMG

İtaliyanın "Napoli" klubunun futbolçusu Kevin De Brüyne karyerasını PSV-də (Niderland) davam etdirə bilər.

"Report" insayder Nikolo Şiraya istinadən xəbər verir ki, Niderland klubu 35 yaşlı yarımmüdafiəçini heyətinə qatmaqda maraqlıdır.

Eyndhoven təmsilçisi belçikalı oyunçu ilə bağlı İtaliya klubuna sorğu göndərib.

Daha əvvəl onun qışda "Napoli"dən ayrıla biləcəyi qeyd olunub.

Qeyd edək ki, yarımmüdafiəçi 2025-ci ildən "Napoli"nin formasını geyinir.

Mənbə: report.az

Xəbər lenti