IMG-LOGO

"Liverpul" Trey Nyoni ilə müqavilənin müddətini yeniləməyə yaxındır

12 Nov 2026 10:37 2 baxış
IMG

İngiltərənin "Liverpul" klubu futbolçusu Trey Nyoni ilə müqavilənin müddətini uzatmağa yaxındır.

"Report" "GiveMeSport"a istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir və 19 yaşlı ingiltərəli yarımmüdafiəçi ilə yeni sözləşmə noyabrdakı beynəlxalq fasilə zamanı imzalana bilər.

16 yaşında Premyer Liqanın digər təmsilçisi "Lester"dən transfer olunan Nyoni 2026/2027 mövsümündə bütün turnirlərdə 14 matçda meydana çıxıb.

Qeyd edək ki, T.Nyoninin "Liverpul"la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı futbolçunun dəyərini 18 milyon avro qiymətləndirir.

Mənbə: report.az

Xəbər lenti