IMG-LOGO

Azərbaycanın broyler müəssisəsi əmlak kompleksini satmaq istəyir

12 Nov 2026 09:00 3 baxış
IMG

Dekabrın 14-də, saat 11:00-da "Şurabad Broyler" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 574-cü məhəllə ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyətinin mülkiyyətində olan, Xızı rayonunun Şurabad qəsəbəsində yerləşən əmlak kompleksinin satılması daxildir.

Mənbə: report.az

Xəbər lenti