IMG-LOGO

Məmmədlidə yollar o gündədir ki, 50 gündür avtobus işləmir -VİDEO

12 Nov 2026 09:53 2 baxış
IMG
1 0

Abşeron rayonunun Məmmədli qəsəbəsində yolların yararsız vəziyyətə düşməsi sakinlərin ciddi narazılığına səbəb olub.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyəti yol problemi barədə aidiyyəti qurumların məlumatlandırıldığını bildirib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən qeyd olunub ki, yolun bərpasından əvvəl su problemi aradan qaldırılmalıdır.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatına görə, yağış sularının axıdılması üçün çəkilən şəbəkə yaxın günlərdə tamamlanacaq.

Qurum evləri su basmasını tullantı sularının qanunsuz şəkildə gölə axıdılması və gölün daşması ilə əlaqələndirib.

Kanalizasiya şəbəkəsi qurulanadək sakinlərə fərdi septik quyulardan istifadə tövsiyə edilib.

 

Məmmədli Abşeron Məmmədlidə yol problemi yararsız yollar su basması kanalizasiya problemi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi APA TV Lent.az

Mənbə: lent.az

Xəbər lenti