Rusiyanın Tümen şəhərindəki Roşşino beynəlxalq hava limanında sərnişinlərin qanunsuz şəkildə ölkəyə gətirməyə çalışdığı 376 kiloqram bitki mənşəli məhsul müsadirə edilib.
Lent.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un Tümen vilayəti, Yamalo-Nenets və Xantı-Mansi muxtar dairələri üzrə idarəsi məlumat yayıb.
Bildirilib ki, yanvarın 1-dən noyabrın 9-dək hava limanında 164 qanun pozuntusu aşkarlanıb. Ötən ilin eyni dövründə isə 159 belə hal qeydə alınıb.
Müsadirə edilən məhsulların ümumi çəkisi ötənilki 721 kiloqramla müqayisədə təxminən iki dəfə azalıb.
Məlumata görə, məhdudiyyət tətbiq olunan məhsullar əsasən Tacikistan, Özbəkistan və Azərbaycandan gələn sərnişinlərin baqajında və əl yüklərində aşkarlanıb.
Qeyd olunub ki, Rusiyada bu məhsulların idxalına məhdudiyyətlər 2012-ci ildən tətbiq edilir. Məqsəd kənd təsərrüfatı üçün təhlükəli karantin zərərvericilərinin ölkəyə daxil olmasının qarşısını almaqdır.
2019-cu ildən Özbəkistan vətəndaşları üçün müəyyən istisnalar tətbiq olunub. Onlara beş kiloqrama qədər təzə meyvə-tərəvəz, quru meyvə və qoz-fındıq gətirməyə icazə verilir.
Düyü, göyərti, kartof, əkin materialları və müəyyən edilmiş həddi aşan məhsulların gətirilməsi isə qadağan olaraq qalır.
Hadisələr Rusiya azərbaycanlı Azərbaycan meyvə-tərəvəz gömrükMənbə: lent.az