IMG-LOGO

ABŞ-nin BƏƏ-dəki səfirliyi Yaxın Şərqdəki amerikalıları yüksək sayıqlığa çağırıb

07 Nov 2026 15:13 9 baxış
IMG

ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi artan silahlı hücum təhlükəsi səbəbindən Yaxın Şərqdəki ABŞ vətəndaşlarını yüksək sayıqlıq nümayiş etdirməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi bəyanatında bildiirlib.

Səfirlik təhlükəni Yəmən husilərinin hərəkətləri, eləcə də Tehranın regiondakı ABŞ dövlət qulluqçularına hücum cəhdləri ilə əlaqələndirib.

Diplomatik missiya reyslərin mümkün ləğvi, hava məkanının bağlanması və nəqliyyat əlaqələrində fasilələr barədə xəbərdarlıq edib.

Amerikalılara əvvəlcədən ehtiyat səfər planları hazırlamaq, reyslərin statusunu aviaşirkətlərdən dəqiqləşdirmək, insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmaq və yerli hakimiyyət orqanlarının göstərişlərinə riayət etmək tövsiyə olunub.

Mənbə: report.az

Xəbər lenti