Müştərilərin maraqla gözlədiyi Teslanın avtonom rejimdə çalışan robot taksi avtomobilinin təxirə salındığı bildirilir.
Lent.az xəbər verir ki, şirkətin təqviminə görə avtomobilin avqustda təqdimatının keçirilməsi gözlənilirdi.
Bütün resurslarını tam avtonom olan Tesla robot taksi modelinə xərcləyən şirkət ucuz avtomobil istehsalı layihəsini dayandırıb.
Qeyd edək ki, Teslanın rəhbəri Elon Mask aprel ayında verdiyi açıqlamada şirkətin robot taksi avtomobilinin avqustun 8-də təqdim ediləcəyini açıqlamışdı.
Tam avtonom rejimdə fəaliyyət göstərəcək robot taksinin istehsalını görünür planlaşdırılan tarixə çatdırmaq mümkün olmayacaq.
Tesla layihə üzərində işləyən komandalara əlavə prototiplər istehsal etmək üçün daha çox vaxt vermək məqsədilə təqdimat tədbirini oktyabr ayına qədər təxirə salmağa qərar verib.
Təxirə salınma ilə bağlı ictimaiyyətə hələ ki, açıqlama verilməyib