IMG-LOGO

İSB son 5 ildə 5 milyon manatdan çox kompensasiya ödəyib

30 Oct 2026 18:04 2 baxış
IMG

İcbari Sığorta Bürosu (İSB) son 5 ildə 5 milyon manatdan çox kompensasiya ödəyib.

"Report" xəbər verir ki, bunu İSB-nin Biznesin inkişafı departamentinin rəhbəri Xanım Camalova "İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının yaranmasının 15 illiyi" ilə bağlı tədbirdə deyib.

Onun sözlərinə görə, büronun kompensasiya fondunun əsas məqsədi qanunvericilikdə nəzərdə tutulmuş hallarda zərərçəkmiş şəxslərin müdafiəsini təmin etməkdir:

"Məsələn, naməlum və ya oğurlanmış nəqliyyat vasitələrinin iştirakı ilə baş verən, yaxud icbari sığortası olmayan sürücünün törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxsin sağlamlığına və ya həyatına zərər dəydikdə, müvafiq kompensasiya ödənişləri büro tərəfindən həyata keçirilir. Bu mexanizm sığorta təminatının olmadığı müəyyən hallarda belə, zərərçəkmiş şəxslərin hüquqlarının qorunmasına xidmət edir".

X.Camalova qeyd edib ki, büronun 2025–2027-ci illəri əhatə edən inkişaf strategiyası çərçivəsində bir sıra rəqəmsal layihələr həyata keçirilib və sığorta xidmətlərinin təkmilləşdirilməsi istiqamətində yeniliklər tətbiq olunub: "Sərhəd sığortasının rəsmiləşdirilməsi üçün elektron platforma istifadəyə verilib, müstəqil ekspertlərin xidmətlərindən elektron formada istifadə imkanı yaradılıb. Sığorta hadisələrinin şəffaf razılıq əsasında tənzimlənməsi təmin edilib. Həmçinin dövlət məlumatlarının büronun üzvü olmayan sığortaçılar tərəfindən əldə edilməsi imkanı yaradılıb. Büro Beynəlxalq Sığorta Büroları Şurasının daxili reqlamentinə uyğun olaraq təmsil olunmaq hüququ əldə edib".

Mənbə: report.az

Xəbər lenti