Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Ziraat Bank Azərbaycan" ASC-nin 30 milyon manatlıq istiqrazlarının 15 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının ilk tranşının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Bu barədə "Report" istiqraz emissiyasının anderrayteri olan "PAŞA Kapital İnvestisiya Şirikəti" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 150 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdirilib. İstiqrazlara 110 investor 45 milyon 355,4 min manatlıq 110 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 10 %-dir. Faizlər rüblük ödəniləcək.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Mənbə: report.az