IMG-LOGO

Novak: "Neft emalı zavodlarına hücumlar yanacaq bazarına təsir etməyəcək"

30 Oct 2026 18:56 2 baxış
IMG

Rusiyanın neft emalı zavodlarına (NEZ) edilən hücumlar daxili bazarın zəruri həcmdə yanacaqla təmin olunmasına təsir göstərməməlidir.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.

"Bizdə hasilat və emal həcmlərinin artırılması üzrə bütün zəruri tədbirlər görülür. Hazırda zavodlar təmirdən çıxıb. İdxalımız da təmin edilir. Əslində, bütün bu tədbirlər bizə bazarı təmin etməyə imkan verir", - o deyib.

A.Novakın qeyd edib ki, oktyabrın 30-na keçən gecə Rusiya ərazisində 3 NEZ-ə və Samara vilayətinin bir qaz-kimya kompleksinə hücum həyata keçirilib.

Daha əvvəl Rusiya mediası xəbər verib ki, yayın əvvəlindən pilotsuz uçuş aparatlarının Rusiyanın neft emalı zavodlarına hücumları fonunda benzin və dizel yanacağı qıtlığı müşahidə olunurdu. Bəzi yanacaq doldurma mərkəzlərində yanacaq satışına məhdudiyyətlər tətbiq edilirdi. Daxili bazarı təmin etmək üçün hakimiyyət orqanları neft məhsullarının ixracını məhdudlaşdırmış və onların idxalını təşkil etmişdi.

Mənbə: report.az

Xəbər lenti