IMG-LOGO

İranla müharibəyə xərclənən pul: 50 milyard dollar – Bu hələ yarısıdır

12 Mar 2026 15:14 3 baxış
IMG
0 0

ABŞ prezidenti Donald Trampın administrasiyasının rəsmiləri bu həftə Konqresdə keçirilən brifinq zamanı bildiriblər ki, İranla müharibənin ilk altı günü ABŞ-a ən azı 11,3 milyard dollara başa gəlib. Bəzi mənbələrdə isə 50 milyard dollardan söhbət gedir.

Lent.az xəbər verir ki, bu barədə məsələ ilə tanış olan bir mənbə Reuters agentliyinə məlumat verib.

Mənbənin sözlərinə görə, bu rəqəm senatorlar üçün keçirilən qapalı brifinqdə təqdim olunub. Bildirilir ki, bu məbləğ müharibənin ümumi xərclərini əhatə etmir və qanunvericilərə yalnız ilkin maliyyə göstəricisi kimi təqdim olunub.

Konqres əməkdaşlarından bir neçəsi bildirib ki, Ağ Evin yaxın zamanda müharibənin maliyyələşdirilməsi üçün Konqresə əlavə vəsait ayrılması barədə rəsmi müraciət təqdim edəcəyi gözlənilir. Bəzi rəsmilər bu vəsaitin təxminən 50 milyard dollar ola biləcəyini qeyd etsə də, digərləri bu rəqəmin daha yüksək ola biləcəyini düşünür.

Tramp administrasiyası münaqişənin ümumi maliyyə dəyəri və müharibənin nə qədər davam edəcəyi ilə bağlı hələlik ictimaiyyətə rəsmi qiymətləndirmə təqdim etməyib.

Donald Tramp isə Kentukki ştatına səfəri zamanı çıxış edərək “müharibəni qazandıq” desə də, ABŞ-ın əməliyyatları tam başa çatdırmaq üçün mübarizəni davam etdirəcəyini bildirib.

Rəsmilərin bildirdiyi 11,3 milyard dollarlıq xərc barədə məlumatı ilk olaraq The New York Times qəzeti yayıb.

 

İsrail-İran müharibəsi ABŞ-İran müharibəsi Donald Tramp ABŞ İran müharibəsi ABŞ hərbi xərcləri Konqres ABŞ siyasəti Yaxın Şərq müharibəsi Reuters The New York Times

Xəbər lenti