IMG-LOGO

Klopp bu təklifini rədd etdi

12.07.2024 09:58 103 baxış
IMG

"Liverpul"dan ayrılan alman baş məşqçi Yürgen Kloppa yeni təklif gəlib.

Apasport.az xəbər verir ki, mütəxəssisə Qreq Betlexerlə yolları ayıran ABŞ millisi təklif olunub.

Kloppun bu təklifi düşünmədən rədd etdiyi və futboldan uzaq qalmağa davam etmək istədiyi bildirilir.

Baş məşqçi "Liverpul"da olduğu 9 il ərzində Çempionlar Liqası və Premyer Liqa çempionluğu yaşayıb.

Qeyd edək ki, o, bu ilin may ayında "Liverpul"dakı vəzifəsindən ayrılmışdı.

Xəbər lenti