Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.
Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilir ki, dekabrın 29-da gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı gözlənilir.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.