IMG-LOGO

Olimpiya oyunları üçün bu qədər bilet satıldı - Yeni rekord

12.07.2024 02:12 99 baxış
IMG

2024-cü ildə Parisdə keçiriləcək Olimpiya oyunlarına rekord sayda bilet satılıb.

Lent.az xəbər verir ki, “France24” portalının turnirin təşkilat komitəsinin rəhbəri Toni Estanqedən əldə etdiyi məlumata əsasən indiyə qədər 8.6 milyon bilet satılıb.

Təşkilatçılar Olimpiya oyunları üçün 8,6 milyon, Paralimpiya üçün isə daha bir milyon bilet satıblar. Bilet satışında son rekord 8,3 milyon biletlə 1996-cı ildə Atlantada keçirilən oyunlarda qeydə alınıb.

Qeyd edək ki, 2024-cü il Olimpia oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

Xəbər lenti