IMG-LOGO

Sərnişin avtobusu yanıb kül oldu - FOTO

11 Jul 2024 22:16 178 baxış
IMG

Türkiyənin Kastamonu vilayətində yolda hərəkət zamanı sərnişin avtobusunda yanğın baş verib.

Lent.az xəbər verir ki, yanan avtobus yanğınsöndürənlər tərəfindən söndürülsə də yanan avtobusdan geriyə yalnız dəmir yığını qalıb.

Əldə olunan məlumata görə İstanbuldan İnebolu istiqamətində hərəkət edən sərnişin avtobusunda naməlum səbəbdən yanğın baş verib. Qısa müddətdə böyüyən yanğın bütün avtobusu bürüyüb.

Avtobusda olan 10 sərnişin və 4 ekipaj üzvü təxliyyə edilib. Yanğınla bağlı araşdırma aparılır.

 

Mənbə: lent.az

Xəbər lenti