IMG-LOGO

Samux sakini ehtiyatsızlıqdan özünü yandırıb

11 Jul 2024 08:27 179 baxış
IMG

Samux sakini yanıq xəsarəti alıb.

Lent.az-ın məlumatına görə hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb.

Kənd sakini 1976-cı il təvəllüdlü Ceyhun İsmayılov siqaret çəkən zaman əlində olan benzinə ehtiyyatsızlıqdan od düşüb.

48 yaşlı kişi müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti