IMG-LOGO

Kadir İnanır reanimasiyaya yerləşdirildi

10 Jul 2024 22:51 177 baxış
IMG

Mart ayında beynindəki laxtalanma nəticəsində üçüncü dəfə əməliyyat olunan türkiyəli aktyor Kadir İnanır yenidən reanimasiyaya yerləşdirilib.

Lent.az xəbər verir ki, "Yeşilçam"ın tanınmış aktyorlarından olan 75 yaşlı Kadir İnanırın bu dəfə ağciyərindəki infeksiya səbəbilə Yeditepe universiteti Koşuyolu xəstəxanasında reanimasiyaya yerləşdirildiyi bildirilir.

Əldə olunan məlumata görə aktyor artıq 3-cü gündür reanimasiyadadır.

Mənbə: lent.az

Xəbər lenti