IMG-LOGO

İspaniya Fransanı məğlub edərək FİNALA YÜKSƏLDİ

10.07.2024 00:56 42 baxış
IMG

Futbol üzrə Avropa çempionatının yarımfinal mərhələsi çərçivəsində İspaniya və Fransa milli komandaları üz-üzə gəlib.

Lent.az xəbər verir ki, gərgin keçən qarşılaşmada ispanlar rəqiblərini üstələməyi bacarıb - 2:1.

Oyunda hesabı 8-ci dəqiqədə fransalı Kolo Muani açıb.

Qarşılaşmanın 21-ci dəqiqəsində Lamin Yamal baxımlı qola imza ataraq tarazlığı bərpa edib.

Dörd dəqiqə sonra isə Dani Olmo komandasına qələbə qazandıran qolu vurub.

Bununla da İspaniya milli komandası Avropa çempionatının final mərhələsinə yüksəlib.

Qeyd edək ki, İspaniya millisi finalda İngiltərə-Niderland cütlüyünün qalibi ilə qarşılaşacaq.

Xəbər lenti