IMG-LOGO

Şəmkirdə maşın azyaşlını vurub öldürdü

09.07.2024 21:21 36 baxış
IMG

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Daşbulaq kəndində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobilli yolu keçmək istəyən 2022-ci il təvəllüdlü Ümid Vəliyevi vurub.

Azyaşlı xəstəxanaya aparılıb. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, 2 yaşlı uşağın həyatını xilas etmək  mümkün olmayıb.

Faktla bağlı  araşdırma aparılır.

Xəbər lenti