IMG-LOGO

İmam Xomeyni hava limanındakı yanğın söndürülüb – YENİLƏNİB

27 May 2026 19:01 5 baxış
IMG

İranın ən böyük beynəlxalq aeroportu olan İmam Xomeyni hava limanındakı yanğın söndürülüb.

"Report" xəbər verir ki, bu barədə İranın SNN telekanalı məlumat yayıb.

"Bir saat əvvəl hava limanının gömrük inzibati binasının üçüncü mərtəbəsində yanğın baş verib, yanğınsöndürənlərin iştirakı ilə hazırda alovun qarşısı alınıb", - məlumatda bildirilib.

Yanğının hava limanının gömrük binasında yerləşən server otağından başladılğı ehtimal olunur: "Araşdırma göstərir ki, bu hadisədə itki yoxdur".

18:17

İranın paytaxtı Tehran şəhərinin İmam Xomeyni hava limanında yanğın baş verib.

"Report"un xəbərinə görə, bu barədə "Khabar Fouri" agentliyi məlumat yayıb.

"Bir neçə dəqiqə əvvəl İmam Xomeyni hava limanının inzibati binasında yanğın baş verib", - məlumatda bildirilib.

Yanğın hava limanının gömrük binasında qeydə alınıb.

Hadisənin səbəbi, dəyən ziyanın miqyası və ehtimal olunan qurbanlar barədə hələ dəqiq məlumat yoxdur.

Xilasetmə xidmətləri və yanğınsöndürənlər hadisə yerindədir.

Qeyd edək ki, bu hava limanı İranın əsas beynəlxalq aeroportudur və Tehrandan 30 kilometr cənubda yerləşir.

Mənbə: report.az

Xəbər lenti