IMG-LOGO

Razi Nurullayev və İqbal Ağazadə bu dairələrdən namizəd oldular

09.07.2024 13:37 99 baxış
IMG

Azərbaycanda bu il sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

Artıq seçkidə iştirak edən şəxslər hansı dairələrdən namizədliyini irəli sürəcəklərini elan edirlər.

Lent.az-a açıqlama verən Razi Nurullayev 81 sayılı İmişli seçki dairəsindən namizədliyini irəli sürdüyünü bildirib:

“Bu səfər də öz dairəmdən seçkilərə qatılıram. Əvvəllər 79 sayılı idi, indi 81 sayılı İmişli seçki dairəsi olub”.

İqbal Ağazadə isə saytımıza açıqlamasında 36 sayılı Xətai-Suraxanı seçki dairəsindən namizədliyini irəli sürdüyünü bildirib.

Xəbər lenti