Bakının Nərimanov rayonunda hündürmərtəbəli binada yanğın baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Faiq Yusifov küçəsində yerləşən binanın 9-cu mərtəbəsində qeydə alınıb.
Əraziyə beş yanğınsöndürən texnika və şəxsi heyət cəlb edilib.
Xilasedicilər binada köməksiz vəziyyətdə qalan sakinlərin təxliyəsini həyata keçirirlər.