IMG-LOGO

Bakıda İNTİHAR: 78 yaşlı qadın bağ evində özünü öldürdü

08 Jul 2024 18:13 177 baxış
IMG

Bakıda intihar hadisəsi baş verib. 

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Nardaran qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 78 yaşlı Hacıyeva Nurcənnət Nurəddin qızı yaşadığı bağ evində özünü asıb.

Onun asılmış meyitini ailə üzvləri aşkar edib.

İntiharın səbəbləri hələlik məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.   

Mənbə: lent.az

Xəbər lenti