IMG-LOGO

İngiltərə İsveçrəni məğlub edib yarımfinala yüksəldi

06.07.2024 22:42 33 baxış
IMG

Futbol üzrə Avropa çempionatının ¼ final mərhələsi çərçivəsində İngiltərə və İsveçrə milli komandaları üz-üzə gəlib.

Lent.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada oyunun əsas hissəsi sülhlə başa çatıb- 1:1

Qarşılaşmanın 75-ci dəqiqəsində Brel Embolo İsveçrə millisini önə çıxarsa da, matçın 80-ci dəqiqəsinə Bukayo Saka cavab qolunu vuraraq tarazlığı bərpa edib.

Oyuna əlavə olunmuş 30 dəqiqədə komandalar fərqlənə bilməyib.

Baş tutan penalti seriyasında isə İngiltərə yığması rəqiblərindən üstün olub.

Xəbər lenti