IMG-LOGO

“Google Chrome”da təhlükəli boşluq aşkarlandı – Təcili yeniləmə tövsiyə olunur

22 Jul 2026 06:51 2 baxış
IMG
3 0

“Google Chrome” brauzerində hakerlər tərəfindən istifadə oluna biləcək kritik təhlükəsizlik boşluğu aşkarlanıb.

Lent.az xəbər verir ki, şirkət problemi aradan qaldırmaq üçün “Windows”, “macOS” və “Linux” sistemləri üçün təcili yeniləmə yayımlayıb.

Mütəxəssislər bildirirlər ki, bu boşluq vasitəsilə kibercinayətkarlar istifadəçinin cihazında zərərli kod işlədə və şəxsi məlumatlara çıxış əldə edə bilərlər.

“Google” boşluğun texniki detalları barədə geniş məlumat verməyib və bunun səbəbini mümkün hücumların qarşısını almaq istəyi ilə izah edib.

Şirkət bütün istifadəçilərə “Chrome” brauzerini ən son versiyaya yeniləməyi tövsiyə edib. Təhlükəsizlik üzrə ekspertlər isə bildirirlər ki, brauzerin mütəmadi yenilənməsi kibertəhlükələrdən qorunmağın ən effektiv yollarından biridir.

 

Google Chrome

Mənbə: lent.az

Xəbər lenti