IMG-LOGO

Portuqaliya-Fransa görüşünün ən yaxşı futbolçusu bəlli olub

06 Jul 2024 09:38 133 baxış
IMG

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında 1/4 final oyununun (0:0) ən yaxşı futbolçusu bəlli olub.

Apasport.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, fransızların hücumçusu Usman Dembele görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.

27 yaşlı futbolçu 67-ci dəqiqədə matça əvəzetmədən daxil olub və sona qədər yüksək səviyyədə çıxış edib.

Mənbə: lent.az

Xəbər lenti