IMG-LOGO

Alman futbolçular həyat yoldaşları ilə görüşə bilmir - SƏBƏB

04.07.2024 12:46 11 baxış
IMG

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann oyunçularına qadağa qoyub. 

Apasport.az xəbər verir ki, mentor futbolçulara 2024-cü il Avropa çempionatının sonuna qədər həyat yoldaşları və dostları ilə görüşməyi qadağan edib.

Əvvəlcə futbolçuların həyat yoldaşları və dostlarının Almaniya millisinin düşərgəsinə getməyə icazəsi olub. Almanlar İspaniya yığması ilə qarşılaşacaqları turnirin 1/4 finalına yüksəldikdən sonra vəziyyət dəyişib.

Xatırladaq ki, İspaniya - Almaniya matçı iyulun 5-i Bakı vaxtilə saat 20:00-da başlayacaq.

Xəbər lenti