IMG-LOGO

“Gəlinimi incidirdim deyə zəng vurub söyürdülər” - Kübra Əliyeva

04.07.2024 11:54 11 baxış
IMG

"Analar" tamaşasında "Zərbuta xanımı oynayırdım. Uşaq evindən götürülən gəlini çox incidib, zülm edirdim. Nömrəmi tapıb zəng vururdular, qınayırdılar, söyürdülər  ki, sizdən gözləməzdik. İndi sosial şəbəkədə söyürlər. Amma siz hər dəfə məni danladıqca, mən yüksəldim". 

Lent.az xəbər  verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva qatıldığı proqramda deyib. Aktrisa insanların soyuqluğundan danışıb. O bildirib ki, indi insanlar bir-birinin evinə qonaq getmir:

"Evlərdə qonaqlıq etmirlər. Deyirlər, evimi görməsinlər, bilməsinlər. Mən belə görünməliyəm. İçini göstərmək istəmirlər. 30 il əvvəl qapını vurub içəri girərdən, yeyib-içərdin”.

 

Xəbər lenti